İlham Əliyev İranın xarici işlər nazirinin müavinini qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev İranın xarici işlər nazirinin müavinini qəbul edib

İlham Əliyev İranın xarici işlər nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev martın 12-də İran İslam Respublikasının xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İ. Rəhimpur İran Prezidenti Həsən Ruhaninin qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb.

İbrahim Rəhimpur İran və Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğu bir gündə ölkəmizə səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnunluğunu ifadə edib.

İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə Davosda görüşünü məmnunluqla xatırladıb. Dövlətimizin başçısı prezidentlərin görüşünün ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıbı.

İlham Əliyev Novruz bayramı münasibətilə təbriklərinə görə Həsən Ruhaniyə minnətdarlığını bildirib, onun da təbriklərini İran Prezidentinə çatdırmağı xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm