Jurnalistlər cəbhəboyu zonaya necə gedə biləcəklər – QƏRAR
Bizi izləyin

Nida.az

Jurnalistlər cəbhəboyu zonaya necə gedə biləcəklər – QƏRAR

Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydası təsdiqlənib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na görə, akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır.

Bunun üçün KİV rəhbəri Müdafiə Nazirliyinə məktub ünvanlamalı və müraciətdə adları göstərilən jurnalistlər akkreditədən keçirilməlidir. Yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə olunurlar. Akkreditasiyanın müddəti 1 ildir.

Qeyd edək ki, KİV əməkdaşlarının akkreditə sayı çalışdığı mətbu orqandan asılı olaraq müxtəlifdir. Belə ki, televiziya - 2 çəkiliş qrupu (jurnalist, operator və texniki işçi); radio - 2 jurnalist; informasiya agentliyi - 2 jurnalist və 2 fotoqraf; dövri mətbu nəşr - 2 jurnalist və 2 fotoqraf; internet informasiya ehtiyatı - 1 jurnalist; digər yayım formaları - 1 jurnalist akkreditə oluna bilər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm