Razi Nurullayevdən “Azadlıq” qəzetinə müraciət: “Əli Kərimlidən ayrılın”
Bizi izləyin

Nida.az

Razi Nurullayevdən “Azadlıq” qəzetinə müraciət: “Əli Kərimlidən ayrılın”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini Razi Nurullayev yeni yaradılan AXCP ilə bağlı “Azadlıq” qəzetinə rəsmi şəkildə müraciət edəcək.

Bu barədə Publika.az-a R.Nurullayev özü məlumat verib.

Onun sözlərinə görə, “Azadlıq” qəzeti ayılmalı və bilməlidir ki, Əli Kərimliyə deyil, xalqa xidmət etmək lazımdır. R.Nurullayev bu barədə “Azadlıq” qəzeti rəhbərliyinə buradan müraciət etdiyini də söyləyib: “Biz qəzetə bundan savayı nə edə bilərik? Biz çox istəyirik ki, “Azadlıq” qəzeti müstəqil olsun, hər bir kəsi işıqlandırsın, Əli Kərimlinin əsarəti altından çıxsın. Əli Kərimlinin əsarətindən çıxıb-çıxmamağı “Azadlıq” qəzeti özü bilər. Əgər çıxsa, daha doğru olardı”.

R.Nurullayev deyib ki, yeni yaradılan AXCP-nin mətbuat orqanı kimi “Cümhuriyyət” adlı qəzet və onun internet saytı fəaliyyət göstərəcək: “Bu qəzet yeni AXCP-nin rəsmi mətbuat orqanı olacaq. Bundan əlavə, “cebhe.info” adlı xəbər portalımız olacaq. Hər iki mətbuat orqanı ciddi şəkildə fəaliyyət göstərəcək. Eyni zamanda AXCP-nin də rəsmi internet saytını ictimaiyyətə təqdim edəcəyik. Yəni, biz bu məsələdə qərarlıyıq və sonadək gedəcəyik”.

R.Nurullayev AXCP-nin möhürünün də Əli Kərimlidən alınması ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcəyini bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm