Tənzilə Rüstəmxanlı türkiyəli rəfiqəsinin həbsdən azad olunmasından danışdı
Bizi izləyin

Nida.az

Tənzilə Rüstəmxanlı türkiyəli rəfiqəsinin həbsdən azad olunmasından danışdı

Tənzilə Rüstəmxanlı türkiyəli rəfiqəsinin həbsdən azad olunmasından danışdı

Azəri Türk Qadınlar Birliyinin sədri, millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı Türkiyədə “Ergenekonçu” iddiası ilə həbs olunmuş Türk Ortodoks kilsəsinin( hazırda bu qurum ləğv edilib- red.) rəhbərlərindən Sevgi Erenerolun və digər tanınmış şəxslərin azad olunmasına münasibət bildirib.

T.Rüstəmxanlı Publika.Az-a açıqlamasında deyib ki, sözügedən şəxslərin azad olunması haqq-ədalətin bərqərar olması deməkdir: ““Ərgenekon davası”nda adları çəkilən Erenol və digər şəxslərin həbsdən azad olunmasına çox sevinirəm. Onlar həbs olunanda da biz demişdik ki, heç bir günahları yoxdur. Bu adamlar xalqını, millətini, dövlətini və Azərbaycanı çox sevən insanlardır. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyən adamlardır. Onların həbsi müəyyən qrupların sifarişi idi. Doğrudur, bu gün onların azad olunmasına görə çox sevinirəm. Ancaq onların günahsız yerə həbsdə keçirdiyi günlərin hesabını kim verəcək? Onlara mənəvi zərbələr vurulub, media onlara yüz cür iftira atdı. Eyni zamanda Azərbaycanda da onlara hər cür iftira atıldı. Halbuki bu adamlar Azərbaycanı sevən insanlar idi. Düşünürəm ki, indi görəsən həmin media qurumları hərəkətlərinə görə utanacaqlarmı? Mən bunu onların öz vicdanına buraxıram”.

T.Rüstəmxanlı “Ərgenekon əməliyyatı” zamanı tutulan şəxslərin əsas günahkarının AKP iqtidarı və onun başında dayanan baş nazir Rəcəb Tayyib Ərdoğan olduğunu söyləyib: “Onların günahsız yerə həbs olunmasının başına AKP iqtidarı və Ərdoğan dayanır”.

Türkiyədə qarşıdan gələn seçkilərə də toxunan T.Rüstəmxanlı deyib: “Türkiyə demokratik ölkədir, İnşallah, xalq öz seçimini edəcək. Türkiyə dövləti və milləti üçün nə xeyirlidirsə, Allah onu nəsib etsin. Mən türkçülüyün qalib gəlməsini istəyirəm. Türkiyədə bu fəlsəfəni hansı namizəd daşıyırsa, onu dəstəkləyirəm”.

Xatırladaq ki, Ərgənəkon əməliyyatları zamanı Sevgi Erenolun telefonun yaddaşında Rüstəmxanlılar ailəsini üzvlərinin də adları olduğundan məhkəmə dosyelərində də onların adları çəkilmişdi. T. Rüstəmxanlı o zaman S. Erenolu müdafiə etməkdən çəkinməmiş, onunla şəxsi dostluq münasibətlərini gizlətməmiş, həbs olunanların Azərbaycan dostları olduğunu da qeyd etmişdi.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm