Siyavuş Novruzov Krıma getmək istəyənlərin istintaqa çağrılmasını tələb etdi - AÇIQLAMA
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov Krıma getmək istəyənlərin istintaqa çağrılmasını tələb etdi - AÇIQLAMA

Siyavuş Novruzov Krıma getmək istəyənlərin istintaqa çağrılmasını tələb etdi - AÇIQLAMA

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlının Ukraynaya baş tutmayan səfərlərinə münasibət bildirib.

YAP-çı deputat S.Novruzov Publika.Az-a açıqlamasında deyib ki, onlara aidiyyatı olmayan və çox ciddi proseslər gedən bir yerə Müsavat Partiyası nümayəndələrinin səfər etməsinin bir məqsədi var: “Bunlar hansısa kəşfiyyat orqanları tərəfindən oraya göndərilibmiş. Bunun başqa cür adı da yoxdur. Bütün dünya bilir ki, Krımda hansı proseslər gedir və Müsavat müavinlərinin həmin proseslərə milçəyin “vızıltısı” qədər təsir etmək gücü yoxdur. Bu adamlar ara qarışdırmaq və təxribat yaratmaq üçün ora səfər etmək istəyiblər. Çünki bu gün Azərbaycanı istəyən və vətənpərvər olan hər bir kəs dövlətimizin milli maraqlarını hər şeydən üstün tutmalıdır. Maraq da ondan ibarətdir ki, indi Rusiya və Ukrayna arasında çox ciddi proseslər gedir. İndi burada ətlə dırnağın arasına girərək nəyə görə ora özünü soxursan? Ətlə dırnağın arasına girəndə də adam iylənir. Bunlar ora soxulmaqla Azərbaycana qarşı olan xarici qüvvələrin diqqətin cəlb etmək istəyir. Arif Hacılı və Gülağa Aslanlının bu hərəkəti bilavasitə erməni kəşfiyyat orqanları tərəfindən maliyyələşdirilib və tapşırıq verilib. Ağılı başında olan normal adam bu cür hərəkət etməməlidir və etməyə də borclu deyil. İndi bunun adını demokratiya uğrunda hərəkət və sairə qoyurlar. Baxın, İsa Qəmbər Ukraynaya gedən kimi orada vəziyyət qarışdı. İndi Ukrayna ərazisini itirmək təhlükəsi qarşısındadır, ölkədə parçalanma yaranıb, ölkədə vətəndaş müharibəsi başlayıb. Digər tərəfdən isə bu adamlar məsələ qaldırır ki, Azərbaycan MDB-dən imtina etməlidir, ATƏT vasitəsilə Rusiyaya etiraz etməlidir və sairə. Özü də ilin, günün bu vaxtında. Bu adamların siyasətdən, ümumiyyətlə, anlayışları yoxdur. Azərbaycanda radikal müxalifətin xisləti bundan ibarətdir. Azərbaycanın hüquq-mühafizə orqanları bu adamlarla məşğul olmalıdır.

Bilirsiniz, bir məsəl yadıma düşdü. Deməli, bir gün bir nəfər molla deyir ki, ay molla, at aparırlar. Molla qayıdıb cavab verir ki, mənə nə? Həmin adam deyir ki, molla o atı sizə aparırlar. Molla yenə də cavab verir ki, o zaman sənə nə? İndi bunların da vəziyyəti buna bənzəyir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm