Ziyafət Əsgərov: “Seçkilər ən yüksək səviyyədə keçirilməlidir”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Seçkilər ən yüksək səviyyədə keçirilməlidir”

“Hər birimiz çalışmalıyıq ki, Azərbaycan növbəti parlament seçkisində də dünyaya yaxşı nümunə göstərsin”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün Bakıda dairə seçki komissiya (DSK) sədrləri üçün keçirilən müşavirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda seçkilər ən yüksək səviyyədə, şəffaf keçirilməlidir. Z.Əsgərov deyib ki, seçki hüquqlarının həyata keçirilməsi Azərbaycan dövlətinin mahiyyətinə xas olan keyfiyyətdir: “Bəzən bizə elə gəlir ki, hər şeyi bilirik. Elə deyil, yenə öyrənməliyik. Çünki yeni texnologiyalar, normalar meydana gəlir. Azərbaycan demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu hüquqların reallaşdırılması baxımından çox mühümdür. Mən əminəm ki, bu günə qədər keçirilən seçkilər Azərbaycanın qoşulduğu bütün sənədlərin tələblərinə uyğun gəlir. Ancaq hər gün Seçki Məcəlləsinin tələblərini daha çox mənimsəməliyik ki, artıq söz-söhbətlərə ehtiyac qalmasın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm