• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xədicə İsmayılovaya iş istənildi - 9 il

  • Nida.az
  • 21 Avqust 2015 13:20
  • 350 Baxış
Xədicə İsmayılovaya iş istənildi - 9 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Ramazan Hadıyev onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu barədə Trend-in məhkəmədəki jurnalisti məlumat verib.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR