“Chatham House” Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır
Bizi izləyin

Nida.az

“Chatham House” Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır

“Chatham House” un qaydalarına əsasən institutun bu kiçik özəl görüşə ev sahibliyi etməsi əsla qondarma Dağlıq Qarabağ Respublikasının tanınması və ya dəstəklənməsi demək deyildir. “Chatham House” Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır”.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Robin Niblet Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusunu cavablandırarkən deyib.

O özünü qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti ” kimi təqdim edən Bako Saakyanın bu il iyulun əvvəlində sözügedən qurumun dəvəti ilə Londona səfər etməsinə də aydınlıq gətirib.

R.Niblet TEAS-a ünvanladığı məktubda gələcəkdə bu kimi tədbirlərdə Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndəsini də qonaq etməyə hazır olduqlarını bildirib: “Biz daha geniş miqyasda isə hər zaman etdiyimiz kimi, Azərbaycan hökumətinin rəsmilərinə danışıqlar aparılması və müxtəlif tədbirlərimizdə iştirak etmələri üçün “Chatham House”da şərait yaratmağa həmişə hazırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm