İlham Əliyev ukraynalı həmkarını təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev ukraynalı həmkarını təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm