Aydın Əliyev cənub bölgəsində vətəndaşları qəbul edəcək
Bizi izləyin

Nida.az

Aydın Əliyev cənub bölgəsində vətəndaşları qəbul edəcək

Dövlət gömrük komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev avqustun 28-də saat 10:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar avqustun 27-si saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Astara Gömrük İdarəsi (əlaqə telefonu: (025) 225-10-06) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm