Türkiyə HHQ-nin mühəndis-texniki heyəti Azərbaycanda - FOTOLAR
Bizi izləyin

Nida.az

Türkiyə HHQ-nin mühəndis-texniki heyəti Azərbaycanda - FOTOLAR

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimlərində iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar fəaliyyətlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər.

Təlimlər sentyabrın 18-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm