ABŞ Qafqazda yeni cəbhə açır: Qarabağ üçün yeni manevr – CİA-nın “kölgəsindən” şok məqalə
Bizi izləyin

Nida.az

ABŞ Qafqazda yeni cəbhə açır: Qarabağ üçün yeni manevr – CİA-nın “kölgəsindən” şok məqalə

“Azərbaycan Birləşmiş Ştatların Rusiyaya qarşı strategiyasında əsas elementlərdən biri olaraq qalır. Xüsusilə bu ölkə öz zəngin neft və qaz ehtiyatları, eləcə də strateji coğrafiyası ilə diqqət çəkir”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının kölgəsi hesab olunan “Stratfor” beyin mərkəzinin məqaləsində deyilir.


“Cənub qaz dəhlizi” layihəsinə diqqət çəkən mərkəz xatırladır ki, Azərbaycan neftini Qərbə daşıyan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin həyata vəsiqə almasında Vaşinqton əsas rol oynayıb: “Avropa hazırda nəzərdə tutulan Transxəzər boru kəmərinin reallaşması üçün əsas alternativ hesab edilən Azərbaycanla yenidən danışıqlar aparır”.


Məqalədə qeyd olunur ki, ABŞ Rusiyaya qarşı mübarizəni təkcə Avropada və bu ölkənin Qərb sahillərində deyil, həm də Qafqaz və Orta Asiyada aparır.


“Gürcüstan Qafqazda Amerika strategiyasının əsas komponenti olaraq Avropa Birliyinə və NATO-ya inteqrasiya yolunu seçib. Lakin regionda Ermənistanla münasibətləri qaydaya salmaq üçün ABŞ-ın problemləri var. Bu ölkədə Rusiyanın hərbi bazası mövcuddur, həmçinin, İrəvan Avrasiya İttifaqının üzvüdür. Bütün bunlara baxmayaraq, Vaşinqton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların irəliləməsinə nail olmağı bacardı. Bakı son vaxtlar münaqişəsinin həllində Rusiyanın Ermənistana verdiyi dəstəyə alternativ olaraq Vaşinqtonun diplomatik iştirakını qəbul etməyə başlayıb. Birləşmiş Ştatlar münaqişəni həllini istəyir və güman ki, bunun üçün yeni manevrlərini işə sala bilər”, - deyə məqalədə bildirilir.


“Stratfor” qeyd edir ki, Birləşmiş Ştatlar Orta Asiyada Qazaxıstan və Türkmənistanla münasibətləri intensivləşdirməkdə maraqlıdır: “Xüsusilə, Avropanın Rusiya enerji resurslarından asılılığını əhəmiyyətli dərəcədə azaltmağa xidmət edəcək Transxəzər layihəsinin reallaşması üçün bu Vaşinqtona lazımdır. ABŞ Qazaxıstan və Özbəkistan da belə enerji layihələrinin potensial iştirakçısı kimi baxır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm