Nida.az
Elmar Məmmədyarov: “Ermənistan tərəfi Sərsəng su anbarını təhdid məqsədilə istifadə edir”
Xarici İşlər Naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi” mövzusunda məruzəçisi Militsa Markoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
Elmar Məmmədyarov Cənubi Qafqaz regionu və Azərbaycanda su təminatı
məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdı. O,
beynəlxalq sənədlərdə təsbit edildiyi kimi sudan istifadənin azad
xarakter daşımalı olduğunu bildirdi.
Suyun humanitar mahiyyət kəsb etdiyini qeyd edən nazir Elmar
Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan
insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün
nəzərdə tutulduğu barəsində məlumat verdi.
Nazir Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində
insanların Sərsəng su anbarından istifadədən məhrum olduqlarını
diqqətə çatdırdı. O əlavə etdi ki, Ermənistan tərəfi Sərsəng su
anbarını təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı
açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya
ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan
vermir.
Militsa Markoviç bütün xalqların dilində deyildiyi kimi insanın
çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini qeyd etdi.
Ona görə də bu layihənin sırf humanitar məqsəd daşıdığını qeyd edən
Militsa Markoviç siyasi məqamların da istisna edilmədiyini nəzərə
çatdırdı.
Münaqişənin həlli prosesi haqqında məlumat verən nazir Elmar
Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyətindən
narazı olduğunu vurğuladı. Biz o zaman razı olardıq ki, Ermənistan
silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın
deyə Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun fəaliyyətinin hər
hansı nəticəsinin olmadığını qeyd etdi.
Nazir Elmar Məmmədyarov ümidvarlığını bildirdi ki, bu hesabat hazır
olandan sonra AŞPA üzvləri və geniş beynəlxalq ictimaiyyət
Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından
olan Azərbaycan əhalisinin üzləşdiyi su problemi ilə yaxından tanış
olmaq imkanı əldə edəcəklər.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...