AMİP start verdi: deputatlığa namizədlərin ilkin siyahısı açıqlandı - SİYAHI
Bizi izləyin

Nida.az

AMİP start verdi: deputatlığa namizədlərin ilkin siyahısı açıqlandı - SİYAHI

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısını açıqlayıb.

AMİP-in katibi Elşən Mustafayev "Report"a açıqlamasında bildirib ki, partiyanın parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısına 11 nəfərin adı daxil edilib: "Siyasi Şuranın sonuncu iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsindən AMİP Siyasi Şurasının üzvü, “Millət” qəzetinin baş redaktoru Əli Orucovun, 15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayevin, 19 saylı Nərimanov birinci seçki dairəsindən Siyasi Şuranın üzvü Eldar Hüseynovun, 23 saylı Nəsimi-Səbail seçki dairəsində Mərkəzi Şuranın üzvü Suğra Nəcəfovanın, 25 saylı Nizami ikinci seçki dairəsindən AMİP Nizami Rayon təşkilatının sədri Məmmədəli Səfərovun, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Mərkəzi Şuranın üzvü Ayaz Rüstəmovun, 34 saylı Xətai ikinci seçki dairəsindən Siyasi Şuranın üzvü Məhərrəm Həsənovun, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən AMİP sədri Yusif Bağırzadənin, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Sumqayıt rayon təşkilatının sədri Dünyamin Əhmədlinin, 79 saylı İmişli seçki dairəsindən İmişli rayon təşkilatının sədri Tapdıq Həsənovun, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən partiya üzvü Elçin Əzizovun parlament seçkilərində namizədliklərinin irəli sürülməsi təsdiqlənib. Qərara alınıb ki, digər dairələr üzrə irəli sürülmüş namizədlərin təsdiq olunması Siyasi Şuranın növbəti iclasının gündəliyinə salınsın".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm