Nida.az
Meksika Konqresindən Azərbaycanla bağlı QƏTNAMƏ
Meksika Konqresinin Daimi Komissiyasının Xarici Əlaqələr, Müdafiə və İctimai Təhsil üzrə İkinci Komitəsində “Federal icra hakimiyyətini Azərbaycan Respublikası ilə Meksika arasında münasibətlərin genişləndirilməsi üçün zəruri addımlar atmağa çağıran razılaşma mövqeyi üzrə birgə təklif” adlı qətnamə qəbul edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a veril'n məlumata görə, sənəd Daimi Komissiyaya Meksika Senatı Xarici əlaqələr komissiyasının sədri senator Qabriela Kuevas Barron, senator Pilar Orteqa Martinez və senator Xuan Karlos Romero tərəfindən təqdim edilib.
Qətnamədə Azərbaycan haqqında məlumat verilərək 1992-ci ildə iki
ölkə arasında diplomatik əlaqələrin qurulduğu, Meksikanın
Azərbaycan ilə Latın Amerikası arasında bir körpü rolunu oynadığı,
müstəqilliyini əldə etdikdən sonra ölkəmizin neft iqtisadi inkişafa
nail olduğu və bütün bunların ölkədə kommunikasiya, elm və
texnologiya, sosial rifahın yüksəlişi, müasirləşmə və
innovasiyalara səbəb olduğu qeyd edilib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu vurğulanaraq,
Qafqazın ən strateji ölkələrindən biri olduğu diqqətə çatdırılıb.
Ölkəmizin neftin hasilatı, istismarı və emalı sahəsində 150 ildən
artıq təcrübəyə malik olduğu və Meksikanın bu təcrübədən bəhrələnə
biləcəyi və Azərbaycandan əldə ediləcək biliklərin köməyi ilə
hazırda Meksikada mövcud olan neft resurslarının istismar edilə
biləcəyi kimi məqamlar da sənəddə öz əksini tapıb.
Azərbaycanın kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması,
qeyri-neft sektorunun inkişafı sahələrindəki nailiyyətləri barədə
məlumat verilərək ölkənin enerji, turizm, mədən sənayesi,
telekommunikasiya, elm, texnologiya və digər sahələrə beynəlxalq
sərmayələr yatırdığı bildirilib.
Sözügedən sənəddə eləcə də hər iki ölkənin zəngin mədəni irsə malik
olduğu qeyd edilərək Azərbaycan xalçalarının bəşər irsinin bir
hissəsi olduğu, musiqi, ədəbiyyat, rəqs, incəsənət, mətbəx, kino və
bayramların ölkə mədəniyyətinin əsas elementlərini təşkil etdiyi
bildirilib.
Qətnamədə iki ölkə arasında iqtisadi, enerji, mədəniyyət, kənd
təsərrüfatı tədqiqatları, texnoloji inkişaf səhələrində
əməkdaşlığın vacibliyi vurğulanaraq Meksika Federal Hökumətinə
Azərbaycan və Meksika arasında münasibətlərin gücləndirilməsinin
zəruriliyi ilə bağlı çağırış edilib.
Qətnamə Meksika Senatının rəsmi internet ünvanında
yerləşdirilib.
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO