Nida.az
Eldar Namazov hədəflərini açıqladı - Müsahibə
EL Hərəkatının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri
Eldar Namazovun Publika.Az -a müsahibəsi
“Hələ o vaxt lazım olan qədər potensialımız
var idi”
-Siz Milli Şuradan rəhbərlik etdiyini hərəkatın
təşkilatlanmasına daha çox vaxt ayırmaq istədiyini deyərək
çıxdınız. EL-in yaranmasından bir il ötdü. Hazırda işləriniz
necədir?
- Martın 12-də hərəkatın yaranmasının bir il tamam oldu. EL
yaranandan cəmiyyətdə rezonans doğurdu, qısa müddətdə Bakı, Gəncə,
Sumqayıt şəhərlərində, ümumilikdə 35 rayonda yerli özəklər yarandı.
Hələ o vaxt biz qurultay keçirməyi qarşımıza məqsəd qoysaydıq,
hətta bir neçə siyasi qurumun qeydiyyatdan keçməsi üçün lazım olan
qədər potensialımız var idi.
-Amma bu olmadı və hərəkat müəyyən qədər
zəiflədi.
- EL-ə qarşı müəyyən təzyiqlər oldu, ofislər əlimizdən alındı,
prokurorluğa çağırıldıq, bizə qarşı ittihamlar irəli sürüldü. Eyni
zamanda, Milli Şura yarandı, prezident seçkilərinə start verildi.
Ona görə də təşkilatlanma və qurultay keçirmək imkanlarımız yox
idi.
2 ay bundan əvvəl isə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Bütün strukturların fəaliyyətinə xitam verilib. Qurultaya hazırlıq başa çatandan sonra qanuna uyğun olan bütün legitim strukturlar formalaşacaq və biz EL-in qeydiyyat məsələsini həll etməyə çalışacağıq. Təşkilat Komitəsinin işində qanunda nəzərə tutulmuş üzvlərin sayı ilə bağlı problem olmadığına görə, indiki mərhələdə işimizi daha çox hərəkatın ideoloji və siyasi proqramlarının hazırlanması üzərində qururuq.
Ondan sonra proqram sənədləri üzərində təşkilatlanma və
qurultaya hazırlıq işini başa çatdıracağıq. Biz tələsik addımlar
atmaq istəmirik, təmkin və səbirlə ciddi işlər görmək xəttini
götürmüşük. Artıq ideoloji və siyasi sənədlərin hazırlanması
prosesi başa çatır. Biz bu işlərə ona görə önəm veririk ki, hərəkat
kiminləsə şəxsi münasibətlər üzərində yaradılan qurum olmamalıdır.
Siyasi qurumun bünövrəsində ideoloji xətt, konkret proqramlar
olmalıdır. Bunun ətrafında həmin birlik formalaşmalıdır. Bizim
özümüz üçün müəyyən edilmiş ana xətlər, təməl prinsipləri var. Bu
millilik, dövlətçilik, demokratiya, dünyəvi dövlət prinsipi, ərazi
bütövlüyüdür. Bunların hamısı bizim üçün qırmızı xətlərdir və bu
xətlər çərçivəsində biz hər bir təbəqə ilə işimizi qurmağı
planlaşdırırıq. Hər bir təbəqənin tanınmış üzvlərinin bu prosesdə
iştirakını təmin etməyi düşünürük.
“Parlament seçkiləri ilə bağlı müzakirələrimiz
gedir”
- Müsavat Partiyası ilə EL-in əməkdaşlıq müzakirələri nə
yerdədir?
- Biz Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması uğrunda
mübarizə aparan, fəaliyyət göstərən hər bir siyasi qüvvə ilə
əməkdaşlığa hazırıq. Konkret olaraq Müsavata gəlincə, onların
təkliflərinə müsbət yanaşdıq. Bu haqda müzakirələrimizi davam
etdiririk. Vaxtaşırı görüşlərimiz olur. Hesab edirəm ki, Müsavatla
da, digər siyasi qurumlarla da geniş əməkdaşlıq quracağıq.
- Qarşıdan parlament seçkiləri gəlir. Müxalifət
düşərgəsində yeni koalisiyaların yaradılmasının vacibliyi haqqında
danışırlar. Siz necə düşünürsünüz?
- Bu haqda danışmaq hələ tezdir. Qarşıdan hələ bələdiyyə seçkiləri
gəlir. Amma bu seçkilər demək olar ki, unudulub. Çünki Azərbaycan
cəmiyyətində əsas seçkilərin prezident və parlament seçkiləri
olduğu fikri formalaşıb. Ən sonuncu diqqət bələdiyyə
seçkilərinədir. Biz bu seçkilərin hər üçünün də çox vacib olduğunu
hesab edirik. Hər bir siyasi qurum bu üç siyasi prosesdə fəal
iştirak etməyə çalışmalıdır. Bizim gələcək parlament seçkiləri ilə
bağlı hələ ki müzakirələrimiz gedir. Onunla bağlı tələsik qərarlar
verməyə ehtiyac duymuruq.
“Qurmaq nə qədər çətindirsə, qoruyub saxlamaq
ondan da çətindir”
- Ümumiyyətlə, müxalifətdə yeni koalisiyanın yaranmasına
ehtiyac varmı?
- Cəmiyyətdə belə bir ümumi fəlsəfi yanaşma var ki, nə qədər böyük
birlik olsa, bir o qədər yaxşıdır. Hamı bir araya gəlsə yaxşı olar.
Amma təəssüflər olsun ki, Azərbaycan reallığında bunu həyata
keçirmək çox çətindir. Nadir hal kimi ötən il Milli Şura yarandı və
bu qurumun ətrafında müxalifət düşərgəsinin əksər qüvvələri,
ziyalıları, gənclər təşkilatları birləşdi. Amma sonrakı proseslər
göstərdi ki, bunu qurmaq nə qədər çətindirsə, qoruyub saxlamaq
ondan da çətindir. Buna görə də yeni koalisiyalara ehtiyacın
olmasına birmənalı olaraq cavab vermək çətindir. Çünki təcrübədə
görmüşük ki, bir neçə güc mərkəzi seçkilərə qatılır, hər kəs öz
elektoratını, tərəfdaşlarını fəallaşdırır, eyni zamanda bir-biri
ilə əməkdaşlıq qurursa, bu da müsbət nəticələr verə bilər. Amma
ümumi fəlsəfi baxımından, təbii ki, hamının bir araya gəlməsi daha
yaxşı olardı.
Asif Nərimanlı
-
İdman02:00
Juninyo “Tuluza” xəbərini şərh etdi: Belə bir təklif varsa da…
-
Dünya01:56
Zelenskidən ŞOK AÇIQLAMA: Ukrayna ordusu geri çəkilir?
-
Region01:10
"Moskvadan uzaqlaşmaq Paşinyanın "intiharına” gətirib çıxaracaq"
-
Sosial00:58
Azərbaycana bir ay ərzində 14 ton at əti gətirildi - VİDEO
-
Qoroskop00:34
Günün qoroskopu: yeni işlər və öhdəliklər yaranacaq
-
Region29 Mart 23:59
Rusiyada daha bir dəhşətli terakt olacaqmış - FTX qarşısını aldı
-
Sosial29 Mart 23:07
Böyük əfv gözlənilir: ilk iclasın vaxtı məlum oldu
-
Dünya29 Mart 22:55
Zelenski onları vəzifədən azad etdi