• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

AXCP-dən daha iki istefa

  • Nida.az
  • 28 Avqust 2015 17:30
  • 273 Baxış
AXCP-dən daha iki istefa

Daha bir AXCP fəalı Razi Nurullayevi dəstəklədi.


Bu gün daha bir AXCP fəalı Razi Nurullayevin sədrlik etdiyi Etimad Qurultayı üzrə Təşkilat Komitəsini dəstəkləyib.


Təşkilat Komitəsinin Publika.az-a verilən məlumata görə, AXCP Beyləqan şöbəsi Gödəklər kənd dayaq dəstəsinin sədri Vüsal Böyükkişiyev “Əli Kərimliyə get!” deyənlər sırasına qoşulduğunu bildirib.

O, partiya daxilində yaranmış inzibati amirlik sisteminə etiraz etdiyini və bu siyasətə etiraz olaraq AXCP-nin legitim strukturu kimi Razi Nurullayevin başçılıq etdiyi Etimad Qurultayı üzrə Təşkilat Komitəsini tanıdığını açıqlayıb.

Bununla yanaşı, AXCP Beyləqan rayon şöbəsi M. Ə. Rəsulzadə adına dayaq dəstəsinin sədri İlkin Mürsəlzadə Əli Kərimlinin sədri olduğu siyasi təşkilatda qalmaq istəmədiyini bildirib.

İ. Mürsəlzadə bundan sonra fəaliyyətini Razi Nurullayevin liderliyi altında davam etdirəcəyini və Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinə dəstək verdiyini bəyan edib. O, Əli Kərimlinin AXCP sədrliyindən istefası tələbinə qoşulduğunu açıqlayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR