Parlament seçkilərinə namizədlərin irəli sürülməsi tarixi açıqlanacaq
Bizi izləyin

Nida.az

Parlament seçkilərinə namizədlərin irəli sürülməsi tarixi açıqlanacaq

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün parlament seçkilərinə namizədlərin irəli sürülməsi məsələlərinə baxacaq.


Bu barədə Publika.az-a açıqlamasında MSK katibi Mikayıl Rəhimli deyib.


Onun sözlərinə görə, sabah saat 14:00-da keçiriləcək MSK-nın iclasında prosedur qaydalarına və namizədlərin irəli sürülməsi ilə bağlı məsələlərə baxılacaq.


“Prezidentin sərəncamı ilə seçkilərə start verildi. Sabah Mərkəzi Seçki Komissiyası iclas keçirəcək və seçki ilə bağlı müvafiq qərarlar qəbul edəcək”, - deyə o bildirib.


Qeyd edək ki, MSK-nın iclasda namizədlərin irəli sürülməsi tarixini açıqlayacağı gözlənilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm