YAP namizəd siyahısını bu tarixdə açıqlayacaq
Bizi izləyin

Nida.az

YAP namizəd siyahısını bu tarixdə açıqlayacaq

Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinə namizədlərinin siyahısını 3 gün ərzində elan edəcək.


Bu barədə Publika.az-a açıqlamasında YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.


Onun sözlərinə görə, hakim partiya seçkiyə tamamilə hazırdır: “YAP-tərəfindən irəli sürüləcək namizədlərlə bağlı müzakirələr artıq yekunlaşmaq üzrədir. İdarə Heyətinin iclası olacaq və iclasda YAP-ın seçkilərdə iştirakı ilə bağlı qərarı açıqlanacaq. Prezidentin sərəncamından sonra seçki günü məlumdur. YAP hər bir dairədən öz namizədini irəli sürəcək. Əvvəlki seçkilərdə nadir hallarda olub ki, tanınmış ictimai xadim, yaxud partiyanın hörmət elədiyi namizəd olub və həmin dairədə YAP o şəxsin xeyrinə namizəd irəli sürməyib. Ola bilsin belə istisna hallar bu seçkidə də olsun. Amma bütünlükdə prinsip belədir ki, 125 dairənin hər birindən namizəd irəli sürülsün və həmin namizədin qələbəsi üçün kampaniya təşkil olunsun”.

H. Paşayev bildirib ki, YAP bütün respublika üzrə seçki qərargahlarının müşavirələrini keçirib.


“Seçki prosesində kampaniya dövründə qərargahda çalışacaq bütün nümayəndələrin vəzifə bölgüsü aparılıb, onlar üçün treninqlər və xüsusi kurslar keçirilib”, - deyə YAP sözçüsü vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm