Oqtay Əsədov ABŞ-a gedir
Bizi izləyin

Nida.az

Oqtay Əsədov ABŞ-a gedir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak etmək üçün avqustun 30-da Nyu-Yorka şəhərinə səfər edəcək.

Bu barədə Publika.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament ölçüsünün artması, parlamentlərin işində gender bərabərliyinin təşviqi, parlamentin yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində rolu və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Səfər çərçivəsində spiker O. Əsədovun konfransda iştirak edəcək bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. Parlament nümayəndə heyətinin səfəri sentyabrın 4-də başa çatacaqdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm