Nida.az
Müsavatın Məclisində qalmaqal yarandı
Müsavat Partiyası Məclisinin iclasında deputatlığa
namizədlərin siyahısının müəyyənləşdirilməsində narazılıqlar
yaranıb.
Trend-in məlumatına görə, 9 saylı Binəqədi İkinci Seçki
Dairəsindən Divan üzvü Nemət Kərimli və partiyanın Binəqədi
təşkilatının üzvü Rauf Səlimov namizəd olmaq istəyiblər.
Müzakirə zamanı Rauf Səlimov deyib ki, Nemət Kərimli iş yeri ilə
bağlı onu şantaj edir. Nemət Kərimli isə Rauf Səlimovu partiyadan
kənarlaşdırılmış Vurğun Əyyubun adamı kimi sabotajla məşğul olmaqda
günahlandırıb.
Müzakirələrdən sonra hər iki şəxsin namizədliyi səsverməyə
çıxarılıb və səs çoxluğu ilə bu dairədən Nemət Kərimli Müsavat
Partiyasının deputatlığa namizədi olub. Rauf Səlimov səsvermədən
öncə zalı tərk edib və səsvermə zamanı zala çağırılsa da,
qayıtmayıb.
Qeyd edək ki, bu gün Müsavat Partiyasının Məclisi parlament
seçkilərində iştirakla bağlı qərar qəbul edib.
Məclisin iclasında partiyanın rayon təşkilatları tərəfindən
namizədliyi razılaşdırılmış şəxslərin adları açıqlanıb.
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin 15 saylı Yasamal Birinci Seçki Dairəsindən, indiki başqan Arif Hacılı isə 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olub. 123 saylı Kəlbəcər Seçki Dairəsindən Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun namizədliyi dəstəklənib. 29 saylı Səbail Seçki Dairəsindən Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı, 46 saylı Şirvan Seçki Dairəsindən başqan müavini Elman Fəttah, 50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsindən başqan müavini Səxavət Soltanlı namizəddirlər. 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən keçmiş deputat Arzu Səmədbəyli, 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən sabiq deputat İkram İsrafil, 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən Məclis üzvü Vəfa Cümşüdlü, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Məclis üzvü Nəsiman Yaqublu namizəd olublar. Başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizəd göstərilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!