• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başladı

  • Nida.az
  • 29 Avqust 2015 14:28
  • 1 133 Baxış
Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başladı

“Azərbaycan Prezidenti Milli Məclisə seçkiləri təyin edəndən sonra Mərkəzi Seçki Komissiyası (MSK) dərhal qanunauyğun addımlar atmağa başlayıb”.

Publika.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün iclasın gündəliyinə daxil edilən sənədlər seçkilər üçün mühüm əhəmiyyət kəsb edir.

Daha sonra iclasda sənədlərin müzakirəsinə başlanıb. Gündəliyə “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması və imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlmatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi daxil edilib.

Təqvim planına əsasən, Milli Məclisin deputatlığına namizədliklərin irəli sürülməsinə artıq start verilib.

Müzakirələrdən sonra sənədlər MSK üzvləri tərəfindən qəbul edilib.

Təqvim Planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanır, 31 oktyabr saat 08:00-da dayandırılır.

Seçkilərin müşahidə prosesi ilə bağlı sənədlər oktyabrın 22-dən MSK-ya tədqim edilməlidir. Sənədlər DSK-ya səsvermə gününə beş gün qalmışa kimi təqdim edilməlidir. Seçki komissiyalarının iclaslarının müşahidəsi prosesi oktyabrın 22-nə kimi olacaq.

Seçkiqabağı təşviqatın aparılması səsverməyə 23 gün qalmış - oktyabrın 9-da başlayacaq və oktyabrın 30-da bitəcək. Seçki məntəqələrində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi oktyabrın 2-dək başa çatacaq.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR