• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Məzahir Pənahov: "Mərkəzi Seçki Komissiyası fəaliyyətini daha da gücləndirməlidir"

  • Nida.az
  • 29 Avqust 2015 15:22
  • 513 Baxış
Məzahir Pənahov: "Mərkəzi Seçki Komissiyası fəaliyyətini daha da gücləndirməlidir"

Bundan sonra Mərkəzi Seçki Komissiyası fəaliyyətini daha da gücləndirməlidir.

Publika.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu gün seçkilərin keçirilməsində kifayət qədər nailiyyətlər əldə edilib: “Hesab edirəm ki, seçkilərə uğurla başlayırıq. Bütün şərait var. Ölkədə ictimai-siyasi sabitlik var, ictimaiyyət kifayət qədər maarifləndirilib, seçkilərin təşkilində peşəkar insanlar var”.

M.Pənahov seçkilər zamanı hansısa xoşagəlməz halların baş verə biləcəyini də istisna etməyib.

Onun sözlərinə görə, xoşagəlməz halların olmasından heç kim sığortalanmayıb: “Milyonlarla insan səs verir. Burada xoşagəlməz halların olması təbii haldır. Ancaq seçki komissiyaları üzvlərinin işi ondan ibarətdir ki, bu cür hallara vaxtında və adekvat reaksiya versin”.

M.Pənahov bildirib ki, seçkilərə aidiyyəti olan bütün qurumlar, o cümlədən yerli və beynəlxalq müşahidəçilər bu məsələdə öz töhfəsini verməlidir, hər kəs konstruktiv əməkdaşlıq etməlidir.

M.Pənahov həmçinin yerli və beynəlxalq müşahidəçilərə çağırış edib. O bidirib ki, Seçki Məcəlləsi tələb edir ki, müşahidəçi ancaq özü gördüyünü qeyd etməlidir: “Əgər müşahidəçi nəyisə başqasından eşidirsə, onu qeyd etməlidir ki, o, bunu özü görməyib, eşidib. Eşidilib yazlan məsələ müşahidə deyil. Müşahidəçinin vəzifəsi yalnız öz müşahidə etdiyi məntəqə ilə bağlı məlumat verməkdir. Bütün tərəflər konstruktiv əməkdaşlıq etmək niyyətini ortaya qoymalıdır. Hamı çalışmalıdır, əlindən gələn işi görməlidir ki, seçkilərin nəticələri şübhə doğurmasın. Ola bilsin ki, mən beynəlxalq qurumlara bununla bağlı rəsmi məktub yazım”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR