İlham Əliyev qırğız həmkarını təbrik etdi
Bizi izləyin

Nida.az

İlham Əliyev qırğız həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli Almazbek Şarşenoviç,

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm