Aleksandr Barsukov: Azərbaycan irəliyə doğru böyük addım atıb
Bizi izləyin

Nida.az

Aleksandr Barsukov: Azərbaycan irəliyə doğru böyük addım atıb

Azərbaycan irəliyə doğru böyük addım atıb və əsl örnəkdir. Şəhərin küçələrində təmizlik və qayda-qanun hökm sürür. Son 10 ildə Bakının simasının dəyişməsi göz qabağındadır. Azərbaycan özünəməxsus mədəniyyət vahəsidir. Gördüklərim məni yaxşı mənada təəccübləndirdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Minsk şəhərinin polis rəisi, general-mayor Aleksandr Barsukov deyib.

Gözəl qəbula görə təşəkkür edən polis rəisi Avropa paytaxt polis rəislərinin 37-ci konfransının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. A.Barsukov bildirib ki, Bakıda birinci Avropa Oyunlarında iştirak edən Belarus idmançıları belə irimiqyaslı beynəlxalq yarışda təşkilatçılığın, o cümlədən təhlükəsizlik tədbirlərinin səviyyəsindən razı qaldıqlarını deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm