"Radikalizmə qarşı həyata keçirilən tədbirlərə dəstək var" - Dövlət Komitəsi
Bizi izləyin

Nida.az

"Radikalizmə qarşı həyata keçirilən tədbirlərə dəstək var" - Dövlət Komitəsi

Vəhhabilər Dini Komitənin sədri ilə görüşmək istəyir - ÖZƏL

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu gün Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət evində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan 30-dan çox vətəndaşı qəbul edib.

DQİDK-nın mətbut xidmətindən verilən məlumata görə, Dövlət Komitəsinin sədri vətəndaşları narahat edən problemlərlə tanış olub.

Qeyd edək ki, vətandaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, dini ibadət yerlərinin təmiri və yenilərinin tikilməsi, məscidlərin dini ədəbiyyatla təmin edilməsi və bir sıra digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar. Bir sıra məsələr yerindəcə həllini tapıb.

Eyni zamanda bütün müraciətlər əsasında Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə və qəbulda iştirak edən struktur rəhbərlərinə aidiyyatı tapşırıqlar verilib.

Belə ki, dini icmaların qeydiyyata alınması ilə bağlı lazım olan sənədlərin toplanmasında və təqdim edilməsində Dövlət Komitəsinin müvafiq şöbəsi vətəndaşlara dəstək verəcək.

Eyni zamanda ibadət evlərinin təmiri və bərpası, o cümlədən yenilərinin tikilməsi istiqamətində də aidiyyatı qurumlara Dövlət komitəsi tərəfindən müraciətlər ediləcəkdir. Regionda dini ədəbiyyat azlıq təşkil edən ibdət evlərinə Dövlət Komitəsinin kitabxanasından ədəbiyyatlar göndəriləcəkdir.

Qəbuldan sonra jurnalistlərin suallarına cavab verən E. İskəndərov bildirib ki, vətəndaşları narahat edən əsas məsələlərdən biri də radikalizm və təkfirçi cərəyanlardır: “Bu istiqamətdə tədbirlərimizi davam etdiririk. Əlbəttə, vətəndaş övladının bu cür cərəyanlara qoşula biləcəyindən narahatdır. Lakin Dövlət Komitəsi olaraq istər maarifləndirici, istərsə də digər qurumlarla birlikdə həyata keçirdiyimiz konkret tədbirlər davam etdiriləcək. Bu cür cərəyanların nümayəndələrinin toplaşdığı məscidlərdən şikayətlər daxil olurdu. Artıq yerli əhalinin istəyi və Dövlət Komitəsinin dəstəyi ilə adıçəkilən qrupların toplaşdığı iki məsciddə icmaların tərkibi dəyişib, məscidə yeni savadlı imamlar təyin edilib və məscidin idarəçiliyi ənənəvi yerli dindarların ixtiyarındadır. Yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə problemlər olan digər məscidlərdə də analoji addımlar atılacaqdır. Eyni zamanda vətəndaşlar bu cür məsələləri qaldırmaqla yanaşı Dövlət Komitəsi tərəfindən radikalizmə qarşı həyata keçirilən tədbirlərə dəstək nümayiş edirdilər”.

13.39

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov hazırda Xaçmaz şəhərində vətəndaşların qəbulunu keçirir. DQİDK-nin məlumatına görə, qəbul Heydər Əliyev adına Mədəniyyət evində keçirilir. Qəbulda Xaçmaz rayonu ilə yanaşı Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinləri də iştirak edirlər.

Yerli mənbələrdən Publika.Az -a verilən məlumata görə, Xaçmaz rayonundakı vəhhabilər də komitə sədrinin qəbulunda olmaq istəyirlər: “Hazırda digər dini icmalarla yanaşı vəhhabilər də Mədəniyyət evinin qarşısındadır. Təxminən 5-6 nəfərdilər. Onlar qrup halında qəbula girmək istəyirlər”.

Mənbə bildirib ki, vəhhabilər komitə sədrinin qəbulunda məscid məsələsini qaldıracaqlar.
“Xaçmaz şəhər mərkəzi məscidi təmirə bağlanıb. Ordakı vəhhabiləri Qobuqıraqlı məscidinə göndəriblər. Amma həmin məscidin də istifadəyə yararsız olduğu deyilir. Vəhhabilər narahatdırlar ki, mərkəzi məscid təmir olunandan sonra onları ora buraxmasınlar. Eyni zamanda, onlar Qobuqıraqlı məscidini öz hesablarına təmir etdirmək istəyirlər. Bu məsələni şəhər icra hakimiyyətinin başçısı qarşısında da qaldırmışdılar. Hazırda bu məsələ açıq qalır. Onlar komitə sədrindən bununla bağlı kömək istəyəcəklər”-deyə mənbə qeyd edib.

Mənbə əlavə edib ki, vəhhabilər DQİDK sədrindən yeni məscid tikmək üçün də icazə istəmək fikrindədirlər.

Qeyd edək ki, Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayev məscidin damının təmirə ehtiyacı olduğunu deyib (http://publika.az/p/10262). Həmçinin o, bildirib ki, vəhhabilər ondan məscid tikmək üçün icazə istəyirlər, amma onun belə səlahiyyəti yoxdur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm