BAXCP deputatlığa namizədlərini müəyyənləşdirib
Bizi izləyin

Nida.az

BAXCP deputatlığa namizədlərini müəyyənləşdirib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisi noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.


Partiyadan Publika.az-a verilən məlumata görə, sessiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın seçkilərə hazırlığından danışıb.

Partiya üzvlərinin seçkilərdə fəal iştirakının önəmini vurğulayan Q. Həsənquliyev BAXCP-nin Azərbaycanda əsaslı Konstitusiya islahatları təşəbbüsü ilə çıxış edən yeganə siyasi partiya olduğunu xatırladıb. Ölkənin gələcəyinin çoxpartiyalı sistemin inkişafından keçdiyini deyən BAXCP sədri bildirib ki, bunun üçün ilk növbədə parlamentin funksiyaları artırılmalı, hökumətin formalaşdırılması səlahiyyəti parlament seçiklərində qalib gələn siyasi partiya, yaxud siyasi partiyalara verilməli, məhkəmə hakimiyyətinin tam müstəqilliyi hüquqi mexanizmlərlə təmin olunmalıdır.


“İndi daha hazırlıqlı və çevik siyasətçilərə ehtiyac var” deyə BAXCP sədri bütün partiya üzvlərini seçkilərdə fəal iştirak etməyə, partiyanın ideyalarını təbliğ etməyə çağırıb.


Ali Məclis təşkilatın Milli Məclisə seçkilərdə siyasi partiya kimi iştirak edəcəyi barədə qərar qəbul edib və təşkilatın deputatlığa namizədlərinin siyahısını müəyyənləşdirib. Partiya bu siyahını İdarə Heyətinin təsdiqindən sonra açıqlayacağını bildirib.

İclasda “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev BAXCP İdarə Heyətinin üzvü seçilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm