Moskva Bakıya Qarabağla bağlı nə təklif edir? – ŞƏRH
Bizi izləyin

Nida.az

Moskva Bakıya Qarabağla bağlı nə təklif edir? – ŞƏRH

Milli Məclisin üzvü politoloq Rasim Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovun sentyabrın 1-də Bakıya planlaşdırılan səfərini şərh edib.


Publika.az xəbər verir ki, R. Musabəyov yaxın aylarda Azərbaycan XİN rəhbərinin Moskva səfərini xatırladaraq qeyd edib ki, S. Lavrovun Bakıya səfər etməsi heç də iki ölkənin baş diplomatları arasında məsləhətləşmələrə ehtiyac olduğu demək deyil.


“Fərz etmək olar ki, Rusiyanın Məmmədyarov vasitəsilə Bakıya verdiyi hansısa təklif Azərbaycan rəhbərliyində pozitiv qarşılanmayıb və buna görə də Lavrov bu məsələlərə yenidən baxmaq üçün gəlir. Çox güman ki, bu təklif Qarabağla bağlı olub. Görünür, məsələ çox mühüm olduğu üçün ona cavab verməzdən öncə bizim strateji müttəfiqimiz Türkiyə ilə məsləhətləşmələr lazım olub. Lavrovun Ankaraya gəlməsi ərəfəsində Məmmədyarovun Ankarada öz kolleqaları ilə görüşü də bu baxımdan diqqət çəkir”, - deyə politoloq bildirib.


R. Musabəyov əlavə edib ki, S. Lavrovun Bakıya gəlişi haqda müəyyən ehtimalları düşünmək lazım olur: “Lakin səfərdən sonra əsas məsələnin nə olduğu haqda informasiyalar ortaya çıxa bilər. Bunun üçün gözləmək lazımdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm