Rusiya hökuməti Qərbə cavab tədbirlərinə hazırlaşır
Bizi izləyin

Nida.az

Rusiya hökuməti Qərbə cavab tədbirlərinə hazırlaşır

Rusiya hökuməti Qərbə cavab tədbirlərinə hazırlaşır

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin cümə axşamı ölkənin iri sənaye korporasiyalarının rəhbərlərini bir araya toplayaraq Rusiyanı iqtisadi sanksiyalarla hədələyən Qərb ölkələrinə qarşı cavab tədbirləri düşünməyi qərara alıb. Trend-in məlumatına görə, bu barədə RİA "Novosti" xəbər yayıb.

Roqozin özünün "Tvitter" səhifəsində yazır: "Qərbin mümkün sanksiyalarının qarşısını almaq və cavab tədbirləri hazırlamaq üçün bu gün iri sənaye korporasiyalarının rəhbərlərini bir yerə toplayıram".

Qeyd edək ki, Rusiya və Avropa İttifaqı arasında münasibətlər Ukrayna hökumətinin assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasını elan etməsindən, fevralın 22-də Prezident Viktor Yanukoviçin hakimiyyətdən kənarlaşdırılmasından sonra yaranmış vəziyyətlə bağlı fikir ayrılıqlarına görə kəskinləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm