Əfsanəvi əfqan generalı: “İŞİD-in Azərbaycanla bağlı planları var”
Bizi izləyin

Nida.az

Əfsanəvi əfqan generalı: “İŞİD-in Azərbaycanla bağlı planları var”

“İŞİD-in Qafqaz və Azərbaycanla bağlı da planları var”.


Publika.az xəbər verir ki, bu barədə Əfqanıstanın vitse-prezidenti, general Əbdürrəşid Dostum “Anadolu” agentliyinə müsahibəsində deyib.


Onun sözlərinə görə, Taliban və İŞİD sadəcə Əfqanıstan üçün fəaliyyət göstərmir: “Terror təşkilatı Orta Asiya və dünya üçün təhlükəlidir. İŞİD Özbəkistan, Türkmənistan, Azərbaycan, Qırğızıstan, hətta Qafqaza qədər planları var. Suriya və İraqda törətdiklərinin eynisini burada da həyata keçirmək istəyirlər”.


Ə. Dostum İŞİD-in Taliban və Əl-Qaidədən daha təhlükəli təşkilata çevriləcəyini bildirib.


“Müharibə istəmirik. Mən 40 ildir bu müharibənin içindəyəm. 22 yaşından dağlara çıxaraq savaşdım və komandir oldum. Bundan sonra da 40 il savaşa bilərik, lakin heç kim bundan heç nə qazanmayacaq. Siyasi müzakirələr olmalı və masa arxasında oturub danışmalıyıq”, - deyə o bildirib.


Əfqanıstanlı general illərdir ölkəsinin türkləri üçün mübarizə apardığını diqqətə çatdırıb: “Türk sözü Əfqanıstanda da bəziləri tərəfindən qəbul olunmur. Mən istəyirəm ki, Əfqanıstanda yaşayan türkmanlar və özbəklər türk deyə qəbul olunsun. Türkiyədən istəyimiz Əfqanıstanda məktəb və xəstəxanalar inşa etməsidir. Əfqanıstan gəncləri çox geri qalıblar. Bəzi şəhərlərdə məktəb belə yoxdur. Türkiyənin Əfqanıstan türklərinə kömək etməsini istəyirik”.


Qeyd edək ki, atası özbək əsilli olan general Ə. Dostumun anası türkmandır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm