MSK-da seçkilərlə bağlı iclas keçirilib
Bizi izləyin

Nida.az

MSK-da seçkilərlə bağlı iclas keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda ilk olaraq MSK-nın 29 avqust tarixli iclasının protokolu təsdiqlənib.

MSK sədri Məzahir Pənahovun başçılığı ilə keçirilən iclasda bu ilin noyabrın 1-nə təyin edilən Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası, səlahiyyətli nümayəndənin qeydə alınması, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları” haqqında” Təlimata dəyişiklik edilməsi, bəzi dairə seçki komissiyalarının (DSK) tərkibində dəyişiklik edilməsi və cari məsələlərə baxılıb.

Komissiya iclasının gündəliyinə daxil olan məsələlərin hər biri səsverməyə çıxarılaraq qəbul edilib. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, seçki prosesi ilə bağlı səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası vacib əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkilərində bildirişlərin sayı 5 milyon 250 min ədəd olacaq.

Daha sonra MSK katibi Arifə Muxtarova “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinverilməsi və onlara baxılması qaydaları” haqqında” Təlimata dəyişiklik edilməsi barədə məlumat verib.

Çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, qarşıdan gələn seçkilərə hazırlıq prosesi uğurla davam etdirilir.

İclasda həmçinin bir neçə siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. Bunlar Yeni Azərbaycan Partiyası (YAP) 158 nəfər, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 21 nəfər və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 10 nəfər səlahiyyətli nümayəndələridir.

İclasda “MSK-ya və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” təlimata da dəyişikliklər edilib.

Həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm