BAXCP sənədlərini MSK-ya təqdim etdi
Bizi izləyin

Nida.az

BAXCP sənədlərini MSK-ya təqdim etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahılarını, eləcə də Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə tərtib edilmiş digər sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.


Bu barədə Publika.az-a partiya sədrinin müavini Elçin Mirzəbəyli məlumat verib.

Elçin Mirzəbəyli bildirib ki, Mərkəzi Seçki Komissiyasının BAXCP-nin səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri barədə qərarından və partiyanın İdarə Heyətinin yaxın günlərdə keçiriləcək toplantısından sonra deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim ediləcək.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm