Nida.az
İlham Əliyev Özbəkistan prezidentini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova təbrik məktubu göndərib.
Məktubda deyilir:
Hörmətli İslam Abduqəniyeviç,
Sizi və qardaş Özbəkistan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sevindirici haldır ki, qardaş Özbəkistan müstəqillik illəri ərzində Sizin rəhbərliyinizlə bütün sahələrdə sanballı uğurlar qazanıb. Bu gün Özbəkistan dinamik sosial-iqtisadi inkişaf və hərtərəfli düşünülmüş siyasi fəaliyyət yolu ilə firavanlaşan bir ölkə kimi beynəlxalq aləmdə layiqli nüfuz və hörmət qazanıb.
Azərbaycan ilə Özbəkistanı tarixən bir-biri ilə müştərək mədəniyyətlər və mənəvi dəyərlər bağlayır. Xalqlarımızın zəngin dostluq və qarşılıqlı dəstək ənənələri var. Əminəm ki, bu mehriban münasibətlərin, sıx əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsi və möhkəmlənməsi bundan sonra da ölkələrimizin firavanlaşmasına kömək edəcək.
Hörmətli İslam Abduqəniyeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzu edirəm.
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı