• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Alman deputat Qarabağa getdiyi üçün peşmandır

  • Nida.az
  • 13 Mart 2014 14:05
  • 482 Baxış
Alman deputat Qarabağa getdiyi üçün peşmandır

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununu pozduğu üçün Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilən Almaniya Federativ Respublikasının Bundestaqının deputatı Yürqen Klimke adının bu siyahıdan çıxarılması xahişi ilə yazılı şəkildə müraciət edib.

Publika.Az – a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Yürqen Klimke müraciətində 2013-cü ilin sentyabrında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinin əvvəlcədən planlaşdırılmış xarakter daşımadığını və bu səfərin doğuracağı nəticələr barəsində məlumatlı olmadığını qeyd edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində tanıdığını və işğal olunmuş ərazilərə səfərindən təəssüf hissi keçirdiyini bildirib. O, gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini vurğulayaraq, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.

E.Abdullayev bildirib ki, Yürqen Klimkenin müraciətinə müvafiq qaydada baxılacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR