Qarabağda müharibə təhlükəsi – Lavrovun səfəri öncəsi Rusiyadan xəbərdarlıq
Bizi izləyin

Nida.az

Qarabağda müharibə təhlükəsi – Lavrovun səfəri öncəsi Rusiyadan xəbərdarlıq

“Azərbaycan və Ermənistan yeni müharibə həddinə çatıb”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri Sergey Lavrovun bu gün Bakıya səfərini şərh edərkən yazıb.


Nəşr Rusiya XİN rəhbərinin səfəri ərəfəsində Bakının Türkiyə ilə məsləhətləşmələr apardığına diqqət çəkir: “Rəsmi məlumata görə, Bakıda ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ATƏT Minsk qrupunda həmsədr kimi Rusiyanın rolu müzakirə olunacaq. Lavrovun Bakı səfəri haqda informasiyalar ötən həftə ortaya çıxdı. Yerli politoloqların əsas müzakirə mövzusu da budur”.


Daha sonra nəşr Mili Məclisin üzvü, politoloq Rasim Musabəyovun fikirlərinə yer verib.


“Görünür, Elmar Məmmədyarov Rusiyada olarkən onun vasitəsilə rəsmi Bakıya hansısa təklif göndərilib. Güman ki, bu, Dağlıq Qarabağla bağlıdır. Lakin bu təklif pozitiv qarşılanmayıb və Lavrov də məsələnin yenidən müzakirəsini təşkil etmək üçün Bakıya gəlir”, - deyə məqalədə R. Musabəyova istinad edilir.


“Nezavisimaya qazeta” qeyd edir ki, Lavrovun Bakıda müzakirə edəcəyi əsas məsələnin Dağlıq Qarabağ münaqişəsi olacağına şübhə yoxdur. Nəşr Ermənistan və Azərbaycan cəbhəsində ciddi təhlükələrin yarandığını qeyd edib.


“Müharibə təhlükəsi hər zaman olduğu kimi yenə mövcuddur. Lavrovun səfərində bu məsələ müzakirə olunacaq əsas mövzu olacaq”, - deyə məqalədə bildirilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm