Nida.az
Müsavat namizəd siyahısını açıqladı: bu adlar suallar yaradır
Müsavat Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədlərinin tam siyahısını açıqlayıb.
Partiyadan Publika.az-a daxil olan məlumata görə,
namizədlərin siyahısı Müsavat Məclisinin avqustun 29-da keçirilən
sessiyasında təsdiqlənib.
Seçki qərargahının sədri Gülağa Aslanlı bildirib ki, 70-dən artıq dairə üzrə namizədlərin siyahısı təsdiqlənib. Digər dairələr üzrə namizədlərin dəqiqləşməsi işi də davam etdirilir.
Qeyd edək ki, Müsavatın namizəd siyahısında diqqətçəkən bir neçə ad
da var. Belə ki, gənclərin əsas lider kimi tanıdığı Tural Abbaslı
“Ağ blok” yaradaraq, faktiki olaraq partiyadan ayrı fəaliyyət
göstərir. O, namizəd siyahısında yer almasa da, T. Abbaslının anası
Başxanım Abbaslı Müsavatın deputatlığa namizədidir. Bundan başqa,
Müsavat üzvü olmayan Azərbaycan Milli Demokrat Partiyasının sədri
İsgəndər Həmidov da siyahıda yer alıb. Siyahıda Arif Hacılının
qardaşı Mustafa Hacılı da var.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!