Ermənilər Tərtərdə toy mağarını gülləbaran etdi: 3 yaralı - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Ermənilər Tərtərdə toy mağarını gülləbaran etdi: 3 yaralı - FOTOLAR (YENİLƏNİB)

Bu gün ermənilər Tərtər rayonunun Qapanlı kəndində toy mağarını atəşə tutub.

Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində kənd sakini olan 2 qadın və 3 yaşlı uşaq ağır yaralanıb.

Yaralılar - 1963-cü il təvəllüdlü Tanrıverdiyeva Müslümat və 1967-ci təvəllüdlü Əhmədova Mədinə dərhal xəstəxanaya çatdırılıb. Onlardan biri Tərtər, digəri isə Bərdə rayon xəstəxanalarına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

***

Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində üç nəfər mülki şəxsin yaralanmasını təsdiqləyib.

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, erməni silahlı birləşmələri cəbhənin Tərtər istiqamətində atəşkəs rejimini pozublar və rayonun Qapanlı kəndində keçirilən toy mərasimi çadırını atəşə tutublar. Nəticədə toyda iştirak edən üç mülki vətəndaş yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm