Rauf Arifoğlu açıqladı: “Namizədliyimi Bakıdan irəli sürəcəm”
Bizi izləyin

Nida.az

Rauf Arifoğlu açıqladı: “Namizədliyimi Bakıdan irəli sürəcəm”

“Yeni Müsavat” qəzetinin baş redaktoru noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürəcək.


Publika.az xəbər verir ki, bu barədə baş redaktor “facebook” səhifəsində məlumat verib.


O, namizədliyini 34 saylı Xətai seçki dairəsində vermək fikrində olduğunu bildirib: “Deputatlığa namizədliyimi 106 saylı Tovuz-Ağıstafa-Qazax seçki dairəsindən verməyi düşündüyümü demişdim. Lakin bunu yayan media quruluşu məlumatı bir qədər əskik verib. Düşüncəmdə Tovuzdan daha çox 34 saylı Xətai seçki dairəsi var. Doğulduğum torpaqlardan böyük səs üstünlüyü ilə keçmə ehtimalım yüksəkdir. Ümumiyyətlə, əminəm ki, Azərbaycanın hər hansı bir guşəsindən rahatlıqla deputat seçilə bilərəm. Lakin hər gün işləyən redaktor kimi, Bakıdan namizədliyimi vermək, kampaniyamı buradan aparmaq mənə daha rahatdır”.


“Vəziyyət uyğun olmasa, ümumiyyətlə namizədliyimi verməyəcəm. Bu, məndən heç nəyi əskiltməz. Bu xəbəri alan kimi, adımın üstünə qarğa-quzğun kimi tökülən bədxahlarıma yazıram. Ölkədə namizədliyini dəqiqləşdirən siyasi liderlər, ictimai-siyasi xadimlər var. Lakin bu mövzuda da tək bir nəfərin adı müzakirə mövzusuna çevrilib”, - deyə baş redaktor əlavə edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm