Prezident Fikrət Qoca və Timuçin Əfəndiyevi mükafatlandırdı
Bizi izləyin

Nida.az

Prezident Fikrət Qoca və Timuçin Əfəndiyevi mükafatlandırdı

Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Qocanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “Şərəf” ordeni ilə təltif edilsin.

X X X

Prezident həmçinin Timuçin Əfəndiyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Timuçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm