Nida.az
“Qarabağın azad olunması üçün şərait yaranıb” – Rusiyadan İrəvanı qorxudan xəbərdarlıq
“Qarabağda sentyabrın 13-nə təyin olunan qondarma bələdiyyə seçkiləri münaqişənin nizama salınmasına maneələr yaradır”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
politoloq Andrey Petrov deyib.
Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə hər-hansı seçki
yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik etirazına
səbəb olmayacaq, eyni zamanda, bu ölkənin rəhbərliyini
qıcıqlandıracaq: “Bu “seçki”nin hədəfi Bakını dialoqdan imtina
etmək təxribatına çəkməkdir. Ermənistan Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllini, ərazilərin
qaytarılması və qaçqınların öz evlərinə qayıdışını istəmir. Buna
görə də danışıqlar prosesinə bütün vasitələrlə maneə yaradır.
Burada bir məsələyə diqqət çəkmək lazımdır. Sözügedən “seçki”
Nyu-Yorkda BMT Baş Assambleyası iclasının start götürəcəyi tarixdən
iki gün öncəyə təsadüf edir. Hansı ki, Nyu-Yorkda prezidentlərin
görüşünün təşkil edilməsi cəhdləri mövcud idi. Lakin prezidentlər
yox, xarici işlər nazirləri görüşəcək”.
Rusiyalı politoloq İrəvanın danışıqlar öncəsi və sonrası həmişə
təxribatlara əl atdığını bildirib.
“Paris görüşündən bir neçə gün sonra Ermənistan helikopteri
Azərbaycan hava məkanını pozdu və məhv edildi. Bu, danışıqların
yeni raundu üçün yaranan şansları alt-üst etdi. Təxribatlar 2015-ci
ildə də davam etdi. Ermənistan tərəfi yalançı dəlillər gətirərək,
Azərbaycanın onlara hücum etdiyini iddia edirdi. Bu rəsmi Bakını
əsəbiləşdirmək və səhv buraxmağa məcbur etməyə hesablanıb. Çünki
Azərbaycan təkcə ərazi bütövlüyünün bərpası üçün mübarizə aparmır.
O, həm də beynəlxalq ictimaiyyətdə haqlı olduğunu sübut etmək üçün
də çalışır”, - deyə politoloq vurğulayıb.
A. Petrov qeyd edib ki, Qarabağdakı “seçkilər” də danışıqlar
prosesini dalana dirəyir: “Ermənistan əvvəl hərbi təxribatlara əl
atırsa, indi siyasi gedişlər edir. Çünki İrəvanın mövcud
status-kvonu saxlamaq üçün başqa yolu yoxdur. Ermənistan Avropa
İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları” işində verdiyi
hökmü icra etməyə məcburdur. Bu da Qarabağın azad olunması üçün
yeni şərait yaradır. Hesab edirəm ki, beynəlxalq sanksiyaların
olmadığı bir şəraitdə Ermənistan qeyri-müəyyən vaxta qədər Qafqazda
sabitliyi pozmaqda davam edəcək”.
Asif Nərimanlı
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular