Ukrayna hərbçiləri Krımdan çıxarılır
Bizi izləyin

Nida.az

Ukrayna hərbçiləri Krımdan çıxarılır

Ukrayna hərbçiləri Krımdan çıxarılır

Rusiyameylli hakimiyyətə and içməyən Ukrayna hərbçiləri Krımdan çıxarılır. Publikia.Az-ın verdiyi xəbrə görə, bunu “İnterfax”a Krımın baş nazirinin müavini Rustam Temirgaliev deyib.


Onun sözlərinə görə, Ukrayna hərbçilərinin əksər hissəsi “Krımın özünümüdafiə” qüvvələrinə qoşulmaqdadır.
Rustam Temirgaliev deyib ki, Krım hakimiyyətinə tabe olmaq istəməyən hərbçilər yarmadanı tərk etməkdədirlər.

“Onlara silahsız sərbəst çıxış üçün şərait yaradılıb. Hərbçilərin birinci dəstəsi artıq Krımla Ukrayna arasındakı administrativ sərhəddə çatdırılıb”.

Baş nazirin müavini Krımda olan daha bir neçə Ukrayna hərbi hissələrinin Krım xalqına and içməyə hazır olduğunu bəyan edib.

Ukrayna hərbçiləri isə "Euronews"-a müsahibəsində deyiblər ki, onları and içməyə silah altında məcbur edirlər. Əsgərlərin dediyinə görə, imtina etdikdə əsgərlərin ayaqları altına atəş açılır, silahlı adamlar kazarmalara hücum edir.

Kiyev Krımdakı hərbçilərin və onların ailə üzvlərinin həyatına ola biləcək təhlükədən narahatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm