Nida.az
XİN Xədicə İsmayılova barəsindəki məhkəmə qərarının siyasiləşdirilməsini qınayır
"Xədicə İsmayılova ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik".
Bunu Publika.az-a Xədicə İsmayılova barəsində
çıxarılmış məhkəmə qərarı ilə əlaqədar ABŞ Dövlət Departamenti,
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Avropa İttifaqı
və digər təşkilatların bəyanatlarına cavab olaraq, XİN Mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Xədicə İsmayılova Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli
miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi
ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddələri ilə təqsirli bilinərək, 1 sentyabr 2015-ci
il tarixində birinci instansiya məhkəməsi tərəfindən barəsində
ittiham hökmü çıxarılıb: "Təəssüflər olsun ki, Xədicə İsmayılovaya
qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda
belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və
ona siyasi don geyindirilməsi kimi qərəzli yanaşma özünü
göstərirdi. Bu kimi cəhdlər Azərbaycan Respublikasının
suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir".
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub: "Məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşılmalıdır. Qanunla hər bir vətəndaşın məhkəmə qərarlarından apelyyasiya qaydasında müraciət hüququ təsbit edilib".
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI