• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kremldəki mənbənin şok Qarabağ açıqlaması: “Münaqişənin açarı...”

  • Nida.az
  • 2 Sentyabr 2015 13:37
  • 2 931 Baxış
Kremldəki mənbənin şok Qarabağ açıqlaması: “Münaqişənin açarı...”

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Bakıya baş çəkdi və Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ problemini müzakirə etdi.

Publika.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri Lavrovun Bakı səfərini münaqişənin həlli kontekstində şərh edib.

Nəşr yazır ki, Rusiya XİN-i səfərin əvvəldən razılaşdırıldığını deyir: “Lakin Lavrovun Bakıya gözlənilmədən uçduğu məlumdur. Sentyabrın 1-də Lavrov proqrama uyğun olaraq Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü. Görüşün açıq hissəsində cənab Əliyev Rusiya və Azərbaycan arasında münasibətlərin uzun müddət əvvəl yaranan strateji əməkdaşlıq olduğunu dilə gətirdi. Lavrov də öz növbəsində diqqəti ikitərəfli iqtisadi əlaqələrə çəkdi. O, həmçinin dalana girən Dağlıq Qarabağ danışıqlarının irəliləməsinə ümid etdiyini bildirdi. 1988-ci ildən başlayan münaqişə indiyə qədər davam edir və vaxtaşırı olaraq, Ermənistan-Azərbaycan təmas xəttində qurbanlarla müşahidə olunan toqquşmalar baş verir”.

Nəşr Kremldəki mənbəyə istinadən qeyd edir ki, Rusiya münaqişənin tezliklə həllini tapmasının lazım olduğunu anlayıb: “Bu, ötən ilin sonunda baş verdi. Lakin heç bir sıçrayış olmadı və regionda vəziyyət daha da pisləşdi. Lavrov Rusiya xarici siyasətinin rəhbəri olaraq son bir il ərzində Qarabağ məsələsini bir neçə dəfə qaldırıb”.

Rusiya XİN-dəki mənbə “Kommersant”a bunları deyib: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında rol oynayır. Lakin biz tez-tez eşidirik ki, münaqişənin açarları Moskvadadır. Halbuki açarlar Bakıda və İrəvandadır. Əsas odur ki, hər iki tərəf silahları yerə qoysun”.

Nəşr Elmar Məmmədyarovun may ayında Lavrovla görüşünü xatırladır: “Həmin görüşdə Lavrov razılığın əldə olunması üçün real bazanın olduğunu dilə gətirdi. Sonra nazirlər iyulun 17-də görüşdülər. Azərbaycan ekspertləri düşünürlər ki, Rusiya həmin görüşlərdə Məmmədyarov vasitəsilə rəsmi Bakıya təklif göndərib və bu, Azərbaycan rəhbərliyi tərəfindən pozitiv qarşılanmayıb. Azərbaycan tərəfi də həmin təklifi Lavrovun Bakı səfərindən bir gün əvvəl Ankarada türkiyəli müttəfiqləri ilə müzakirə edib”.

Nəşr onu da qeyd edir ki, Ermənistan tərəfi israrla “DQR”-i münaqişə tərəfi olaraq göstərməyə çalışır, lakin Bakı bunu qəbul etmir və heç vaxt qəbul etməyəcəyini bəyan edir.

“Münaqişə tərəfinin növbəti görüşü sentyabrın ortalarında baş tutacaq. Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik xarici işlər nazirlərinin BMT Baş Assambleyasında məsələni müzakirə edəcəyini açıqlayıb. Dünən İrəvandakı diplomatik mənbə də bu görüşün olacağını təsdiqləyib”, - deyə “Kommersant” məqaləsində vurğulayıb.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR