Nida.az
Seymur Orucov: “Bunlar partiyanın verəcəyi qərardan asılıdır”
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov noyabrın 1-də Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində namizədliyinin irəli sürüləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
S.Orucov Publika.az-a açıqlamasında deyib ki, YAP Gənclər Birliyi partiyanın təşkilatlarından biridir: “Təkcə parlament seçkiləri ilə bağlı deyil, istənilən respublika əhəmiyyətli tədbirlərdə iştirak etməklə bağlı Yeni Azərbaycan Partiyasının müvafiq qərarı olur. Həmin qərarda nə göstəriləcəksə, təkcə mən Seymur Orucov deyil, partiyanın hər bir üzvü o qərara tabe olmalı və hörmət etməlidir. Bu mənada da mənim indidən bu məsələ ilə bağlı hər hansı fikir söyləməyim bizim əlimizdə olan səlahiyyət deyil. Dediyim kimi, bütün bunlar partiyanın verəcəyi qərardan asılı olan məsələdir.
Xatırladaq ki, bir sıra xəbər saytları qarşıdan gələn 2015-ci ilin parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) bir qrup gənc fəallarının da namizədliklərinin irəli sürüləcəyi barədə xəbərlər yayıb.
Yayılan məlumata görə, 1 noyabr seçkilərində iştirak edəcək gənc YAP-çılar arasında hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, sədr müavinləri Ramin Məmmədov, Samirə Quliyeva, Aytac Əliyeva, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Yusif Babanlı və digər şəxslərin adları var.
Vasif Həsənli
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ