25 nəfər deputatlığa namizədliyini irəli sürdü
Bizi izləyin

Nida.az

25 nəfər deputatlığa namizədliyini irəli sürdü

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda ilk olaraq gündəliyə daxil olan 2 məsələ müzakirə olunub.

Mərkəzi Seçki Komissiyasının (MSK) 29 avqust 2015-ci il tarixli protokolu və səlahiyyətli nümayəndələrin qeydə alınması məsələləri təsdiq edilib.

Ümid partiyasının 37, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının 7, Böyük Quruluş Partiyasının isə 12 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.

MSK sədri M.Pənahov deyib ki, noyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbəti seçkilərlə əlaqədar siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı işlər davam etdiriləcək.

Onun sözlərinə görə, 19 seçki dairəsi üzrə 25 nəfər deputatlığa namizədliyini irəli sürüb: “Həmin müraciətlərə də hazırda MSK tərəfindən baxılır. Növbəti parlament seçkilərinin daha fəal keçməsi gözlənilir. Yəqin ki, bu seçkilərdə daha çox siyasi partiya və namizədlər iştirak edəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm