REAL seçkiyə NİDA ilə gedir: Müsavatla ittifaq alınmadı
Bizi izləyin

Nida.az

REAL seçkiyə NİDA ilə gedir: Müsavatla ittifaq alınmadı

Respublikaçı Alternativ Hərəkatı (REAL) noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Publika.az xəbər verir ki, hərəkat 17 dairədən öz üzvlərinin namizədliyini irəli sürüb. Bundan əlavə, 6 dairədən dördündə NİDA-nın namizədini, ikisində digər namizədləri dəstəkləyib.


Qeyd edək ki, REAL-ın Müsavat Partiyası ilə birgə seçkiyə gedəcəyi haqda xəbərlər yayılmışdı. Müsavat başqanı Arif Hacılının iştirakı ilə REAL və NİDA-çıların görüşünün də bu barədə olduğu deyilirdi.


Bununla bağlı Publika.az-a açıqlama verən REAL-ın həmtəsisçisi Natiq Cəfərli məsələyə aydınlıq gətirib.


“Bizim Müsavatla birgə seçkilərə getmək, blok yaratmaq haqqında danışıqlarımız olmayıb. Ümumiyyətlə, belə bir fikrimiz də yoxdur. Sadəcə olaraq, seçki zamanı müşahidənin təşkilində yardımlaşmamız haqqında ilkin razılaşmamız olub”, - deyə REAL rəsmisi bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm