Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavatdan çıxarıldı
Bizi izləyin

Nida.az

Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavatdan çıxarıldı

Müsavat Partiyası Ağstafa rayon təşkilatının üzvü İsmayıl Nəzərli (Kəsəmənli) partiyadan çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclasında qərar qəbul edilib.

İclasda İ. Nəzərlinin sosial şəbəkələrdə partiya nizamnaməsini pozan fikirlər yazması, parlament seçkilərinə start verildikdən sonra partiya rəhbərliyinə və sabiq başqan İsa Qəmbərə qarşı aşağılayıcı yazılar yazdığı, təhqiredici açıqlamalar verdiyi müzakirə edilib. MNTK
Müsavat Partiyası Nizamnaməsinin preambulasının 6-cı və 1.9-cu bəndlərini və proqramının təməl prinsiplərini müəyyən edən II bölməsinin 6-cı bəndinin tələblərini əsas tutaraq, adıçəkilən şəxsi partiyadan xaric edib.

İclasda İ. Qəmbərə qarşı təbliğat apardığına görə Sabunçu rayon təşkilatının üzvü Elşən Həsənova xəbərdarlıq edilib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm