YAP-dan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə münasibət
Bizi izləyin

Nida.az

YAP-dan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə münasibət

YAP-dan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə münasibət

Qlobal miqyasda gedən indiki proses fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin fəallaşması və danışıqların davam etdirilməsi müsbət hal kimi qeyd oluna bilər. Publika.Az xəbər verir ki. bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı yap.org.az saytına deyib.

M.Qurbanl qeyd edib ki, Azərbaycan bu münaqişənin həlli ilə bağlı mövqeyi tam açıq olan ölkədir: "Ərazi bütövlüyümüzün bərpası bizim əsas məqsədimizdir. Bu çərçivədə də danışıqlar aparılır. Hesab edirəm ki, həm Prezidentimizin, həm də xarici işlər nazirinin apardıqları danışıqlar prosesə müəyyən təkan verə bilər".

Onun fikrincə, buna görə də danışıqların davam etdirilməsi məqbuldur.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirib. Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar narahatlıq ifadə olunub. Paris görüşündə münaqişənin nizamlanmasına dair danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri C.Uorlik isə bu ay Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan rarasında görüşün baş tutacağına ümid etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm