Metyu Brayza: “Qarabağ və yeddi rayon Azərbaycanın ayrılmaz hissəsidir”
Bizi izləyin

Nida.az

Metyu Brayza: “Qarabağ və yeddi rayon Azərbaycanın ayrılmaz hissəsidir”

“Dağlıq Qarabağ və ətraf yeddi rayon Azərbaycanın ayrılmaz hissəsidir. Burada tanınmamış işğalçı rejimin keçirdiyi hər hansı “seçki” qeyri-legitimdir və dünya tərəfindən tanınmır”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Vestikavkaza” saytına açıqlamasında deyib.


Onun sözlərinə görə, dünyada heç bir ölkə, hətta Ermənistanın özü belə “DQR”-i tanımır: “Bundan başqa, beynəlxalq hüquq Dağlıq Qarabağ və yeddi rayonun Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyır. Beləliklə, sentyabrın 13-də keçiriləcək “seçkilər” qanuni deyil və heç bir hüquqi əsası yoxdur. Əgər “Madrid prinsipləri”nə uyğun şəkildə münaqişə nizama salınsa, o zaman Qarabağın erməni əhalisi də qanuni şəkildə seçmək və seçilmək hüququna sahib olacaq. Bununla həm də Dağlıq Qarabağın hüquqi statusu də müəyyən ediləcək. Bu baş versəydi, bütün tərəflər üçün yaxşı olardı, xüsusilə Dağlıq Qarabağ əhalisi üçün”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm