Almaniyalı politoloq: “Ermənilər Qarabağı Azərbaycana qaytarmağa hazır olan partiyaya səs verə bilər”
Bizi izləyin

Nida.az

Almaniyalı politoloq: “Ermənilər Qarabağı Azərbaycana qaytarmağa hazır olan partiyaya səs verə bilər”

“Qondarma “DQR”-dəki seçkiləri ABŞ-la yanaşı, dünya da tanımır”.

Publika.az xəbər verir ki, bu barədə almaniyalı politoloq Hayko Lanqner deyib.


Onun sözlərinə görə, Dağlıq Qarabağda qondarma rejim de-fakto olaraq fəaliyyət göstərir və beynəlxalq ictimaiyyət tərəfindən tanınmaq üçün cəhdlər edirlər: “Bu seçkilər də “DQR”-in tanınmağına edilən növbəti cəhdlərdən biridir. Lakin bu seçkilər formal nöqteyi-nəzərdən demokratik keçsə də, dünya ictimaiyyəti bunu tanımayacaq. Çünki BMT qətnamələrinə əsasən, Dağlıq Qarabağ müstəqil dövlət deyil, bu ərazilər Azərbaycana aiddir”.


H. Lanqner qeyd edib ki, Qarabağdakı əhali seçkiyə gedərək səs vermək məcburiyyətindədir: “Onların az da olsa, ümidi var. Bölgədəki siyasi nöqteyi-nəzərdən çıxış edərək deyə bilərəm ki, əhali Azərbaycana güzəştə gedərək sosial-iqtisadi vəziyyəti düzəltmək istəyən partiyalara səs verə bilər. Bu qüvvələr sülhə nail ola bilərdilər. Lakin təəssüf ki, əvvəlki təcrübə arzuolunmaz nəticələrin baş verəcəyini deməyə əsas verir. Mövcud rejim Azərbaycan ərazilərini işğalda saxlamaq üçün bütün vasitələrə əl atır”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm